Gürcüstanda HİVə yoluxanların sayı artıb


Dünya 02 Okt 2018 21:42:00 281 0

Gürcüstanda HİVə yoluxanların sayı artıb

Gürcüstanda cari ilin 9 ayında 517 HİV-ə yoluxma faktı qeydə alınıb. Bu, 2017-ci illə müqayisədə 49 fakt çoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Elmi-Tədqiqat İmmunologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, bu gün ölkədə 7 min 283 nəfər HİV-ə yoluxmuş xəstə var. Onların 5400-nü kişilər, 1800-nü qadınlar təşkil edir. Bu xəstəliyə yoluxanların böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.