Ona niyə ikinci beyin deyilir? Bağırsağınız barədə


Digərləri 02 Okt 2018 21:33:00 267 0

Ona niyə ikinci beyin deyilir? Bağırsağınız barədə

Bədəninizin hansı hissəsində neyronlar onurğa beynindəkindən daha çoxdu və mərkəzi sinir sistemindən asılı olmayaraq fəaliyyət göstərir?

Siz bəlkə də bağırsağı dilə gətirməyəcəksiniz. Lakin bizim bağırsaqlarımızı milyonlarla neyron örtür, bu səbəbdən də bağırsağa "ikinci beyin" deyirlər.

Bizim həzm sistemimizin fəaliyyət dairəsi təkcə yediyimiz yeməklərlə məhdudlaşmır.

Bağırsaqda yaşayan mikroblar bizim əhval-ruhiyyəmizi təsirləndirə bilər.

Alimlər bizim bağırsağımızın durumu ilə immun sistemi və psixiki sağlamlığımızın pozulması halları arasında bağlılığı öyrənilər.

Bağırsaqlarımız haqqında gözlənilməz faktlar:

Avtonom sinir sistemi

Bizim bağırsağımızda trilyonlarla yaşayan bakteriyalar yediklərimizi həzm etməyə kömək edir

"Digər orqanlardan fərqli olaraq bizim bağırsağımız öz-özünə fəaliyyət göstərə bilir.

Bağırsaq beyindən asılı olmayaraq qərarlar qəbul edə bilər və necə fəaliyyət göstərməsi üçün beyindən gələn əmrlərsiz də keçinə bilər", - bağırsaq salamlığı üzrə doktor Megan Rossi deyir.

Mərkəzi sinir sisteminin (CNS) bir hissəsi olan və bağırsağın həzm sisteminə cavabdeh olan avtonom idrak qarın sinir sistemi (ENS) adlanır,

Sistem qarını və həzm sistemini bürüyən və neyronlardan inbarət tora bənziyir.

ENS normal hallarda CNS ilə əlaqəni simpatik və parasimpatik sinir sistemi vasitəsilə qurur.

İmmun sistemimizin təxminən 70 faizi bağırsaqlarımızdadır

Neyronlarınız yalnız beyninizdə deyil

Doktor Rossi qeyd edir ki, bizim bağırsağımızın sağlamlığı immun sistemimizin yaxşı işləməsi üçün vacibdir.

Onun sözlərinə görə, son araşdırmalar göstərir ki, həzm-bağırsaq sistemində problemlər qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqaviməti zəiflədir.

Nəcisimizin 50 faizi bakteriyalardır

Bizim bədənimizdən çıxan tullantı təkcə yemək qalıqlarından ibarət deyil. Nəcisin içində aşkar edilən bir çox bakteriyalar bədənəmiz üçün faydalıdır.

Bu səbəbdən, nəcisin transplantasiyası bağırsaqlarında həddən çox "pis" bakteriyaları olanların müalicəsi üçün həyati əhəmiyyət daşıya bilər.

"Stool transplantı" adlanan müalicə üsulu nəcis bakteriyalarını sağlam adamdan xəstəyə köçürülməsindən ibarətdir.

Mözu ilə bağlı, doktor Rossidən gündə tualetə neçə dəfə getmək lazım olduğunu da soruşduq.

O deyib ki, araşdırmaların nəticələrinə əsasən gündə üç dəfədən həftədə üç dəfəyədək normal sayılır.

Yeməklərin çeşidliyi bağırsaqdakı mikroblar üçün faydalıdır