İranda saxta içkiyə görə 42 nəfər ölüb,


Dünya 02 Okt 2018 21:34:00 308 0

İranda saxta içkiyə görə 42 nəfər ölüb,

İran hökuməti ölkədə istehsal edilən saxta içkiyə görə 42 nəfərin öldüyünü deyib.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Iraj Harirçi saxta içkini içəndən sonra 16 nəfərin kor olduğunu, 160 nəfərin dializə götürüldüyünü söyləyib.

Son üç həftədə saxta içki zəhərlənməsi səbəbiylə azı 460 nəfər xəstəxanaya yerləşdirilib. Bir müddət öncə 19 yaşlı bir qadın ölüb.

İranda spirtli içki qadağandır. Buna görə də evdə hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

Spirtli içki istehsalında etil alkol yerinə bəzən metil spirt istifadə olunur və bu da zəhərlənməyə səbəb olur.