Binə qəzası: Şahidlər istintaqda ifadə verir FOTO


Digərləri 02 Okt 2018 21:36:00 300 0

Binə qəzası: Şahidlər istintaqda ifadə verir   FOTO

Bakıda qatarla avtobusun toqquşması ilə bağlı açılan cinayət işində dəmiryolu keçidinin növbətçisi dindirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, o, istintaqda şahid kimi dindirilib və sonra sərbəst buraxılıb.

Bazar ertəsi günü günorta saatlarında Xəzər rayonunun Binə qəsəbəsi ərazisində sürücü Əlixan Şirəliyevin idarə etdiyi 160 saylı avtobus qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Binədə sərnişin avtobusunun qatarla toqquşmasında daha bir nəfər ölüb, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.

Bazar ertəsi Bakının Binə qəsəbəsində sərnişin avtobusunun qatarla toqquşmasında daha bir nəfər ölüb və beləliklə, qəzada ölənlərin sayı 2 nəfər olub. Onlardan biri məktəblidir.

Azərtac yazır ki, bazar ertəsi günü günorta saatlarında Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, Əlixan Şirəliyev idarə etdiyi "Daewoo" markalı 160 saylı avtobus qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsi araşdırma aparır.ws Azərbaycanca tərəfindən edilən nömrəli YouTube paylaşımını ötürün

Oktyabrın 1-də Bakının Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub.

Həmin vaxt qəza zamanı bir uşaq həlak olub.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya verilən ilkin məlumatda deyilir ki, qəzada azı 34 nəfər yaralanıb.

Nazirliyin məlumatına görə, yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilib.

"Onların bəziləri əməliyyata götürülüb, bəzilərinin müalicəsi aparılır", Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı deyib.

Yaralıların bir neçəsinin aparıldığı Sabunçu rayon xəstəxanasından bildiriblər ki, "ümumi üç nəfər əmaliyyat olunub".

Səhiyyə Nazirliyindən bildiriblər ki, nazir Oqtay Şirəliyevin göstərişi ilə Neyrocərrahiyyənin baş həkimi, uşaq travmatoloqları, nevropotoloqlar Sabunçu rayon xəsətəxanasına ezam olunublar.

Image captionSabunçu xəstəxanası

Sabunçu xəstəxanasına toplaşan yaralı yaxınları sərnişin avtobuslarından narazılıq ediblər, deyiblər ki, bu, "160 nömrəli avtobus xəttində baş verən birinci qəza deyil".

Zərərçəkmişlərin yaxınları bir nəfərin komada olduğunu söyləyiblər.

Xəstəxanadan BBC News Azərbaycancaya bildiriblər ki, 3 nəfər əməliyyat olunub, 6 nəfər ümumi reanimasiyadadır. Hazırda xəstəxanada ümumilikdə 13 yaralının müalicə aldığı bildirilir.

5 yaralı isə Bakının başqa xəstəxanalarına aparılıblar.


Xəbərə aid fotolar