Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi beynəlxalq mükafata layiq görülüb FOTO


Digərləri 02 Okt 2018 21:38:00 314 0

Nizami Gəncəvi Beynəlxlaq Mərkəzi beynəlxalq mükafata layiq görülüb  FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən XIV ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb.

Mərkəzdən Son.az-a verilən məlumata görə, "Avroatlantik münasibətlərin və Balkanların gələcəyi", "Yaxın Şərq - sülhə necə nail olmaq olar?", "Gender bərabərliyi: Qadınların siyasətdə rolu" kimi mövzular, habelə "Bir kəmər - bir yol" layihəsi ətrafında diskussiyalar keçirilib.

Makedoniya Prezidenti Georgi İvanov, Maltanın Baş naziri Cosef Muskat, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri Amir Musa və digər nüfuzlu siyasətçilər çıxış edərək müzakirə olunan mövzular haqqında fikirlərini bildiriblər.

Toplantıda dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı dialoqun, etimadın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qadınların siyasətdə iştirakının gender bərabərliyinin təmin olnması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Müzakirələrə qoşulanlar müxtəlif problemlərə dair öz rəy və təkliflərini bildiriblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIV ali səviyyəli toplantısı çərçivəsində UNESCO-nun xoşməramlı səfiri, Mərkəzin İdarə Heyətinin üzvü xanım Marianna Vardonyanisin təşəbbüsü ilə "Qadınların hüquqlarının və imkanlarının genişləndiriməsi" mövzusunda tədbir təşkil olunub.


Xəbərə aid fotolar