Gömrük Komitəsinin inspektoru və post rəisi qaçaqmalçılığa görə işdən çıxarıldı VİDEO


Digərləri 02 Okt 2018 21:23:00 270 0

Gömrük Komitəsinin inspektoru və post rəisi qaçaqmalçılığa görə işdən çıxarıldı  VİDEO

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən gömrük əməkdaşları barəsində materiallar Baş Prokurorluğa göndəriləcək.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə mobil telefonların gömrük nəzarətinə bəyan edilmədən, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatına əsasən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Muxtarov Nazim Əlimcanoviç "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb, ona məxsus əl yükünə baxış keçirilib.

Yoxlama zamanı onun baqajında gömrük nəzarəti zamanı bəyan olunmayan ümumi sayı 79 ədəd təşkil edən "İphone" markalı, 2 ədəd "Samsung" markalı mobil telefonlar, "İphone" markalı mobil telefonlarına aid 3 ədəd qulaqlıq, 5 ədəd adapter, 19 ədəd boş qutu və 2 ədəd "Kinqston" markalı 240 GB tutumlu yaddaş qurğusunun olduğu müəyyən edilib.

Qeyd olunan fakt üzrə aparılan araşdırma zamanı məlum olub ki, Muxtarov Nazim Əlimcanoviç şəxsiyyəti müəyyən olunmuş bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Hüseynli Ariz Behbud oğlu ilə sövdələşib və sonuncunun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197120 manat dəyərində mobil telefon və aksesuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.