Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı yeni məlumatlar üzə çıxıb VİDEO


Digərləri 02 Okt 2018 21:28:00 249 0

Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı yeni məlumatlar üzə çıxıb  VİDEO

Ötən gün Xəzər rayonu, Binə qəsəbəsində baş verən dəhşətli qəza anbaan bir mağazanın müşahidə kamerasına düşüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülərdən aydın olur ki, qatar avtobusu vurduqdan sonra bir neçə metr sürüyür.

Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 34 nəfər xəsarət alıb. 13 yaşlı məktəbli Yusif Dadaşzadə xəstəxanaya gətirilərkən yolda, 56 yaşlı Əliyev Şakir isə xəstəxanada dünyasını dəyişib. Hazırda yaralılardan ikisinin vəziyyəti ağırdır.

160 saylı avtobusların aid olduğu daşıyıcı şirkət Ayşən MMC-nin nümayəndəsi Zabil Hüseynov iddia edir ki, qəza zamanı dəmir yolunun şlaqbaumu açıq olub.

Məsələ ilə Bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, avtobusa quraşdırılan GPS sistemi vasitəsi ilə bəzi məlumatlar əldə edilib. Məlum olub ki, qəza baş verən an avtobusun hərəkət sürəti 10-12 km saat sürətdən artıq olmayıb. Agentikdən o da bildirildi ki, dəmir yolu xətti ilə bağlı təhlükəsiz tədbirləri də qənaətbəxş olmayıb.


Xəbərə aid video