Həzrət Adəmin canişini kim olub?


Digərləri 02 Okt 2018 21:10:00 232 0

Həzrət Adəmin canişini kim olub?

Həzrət Adəmlə (ə) Həvvanın çoxlu övladı olmuşdur, bunlardan ikisi - Habillə Qabil dini kitablarda daha çox xatırlanır. Adəm Peyğəmbər (ə) vəfat edərкən Allahın əmri ilə oğlu Şeysi (onun adını Şis kimi də yazmışlar) öz yerinə canişin təyin etdi.

Son.az islam.az-a istinadən bildirir ki, rəvayətlərə görə, Həzrət Adəmin (ə) bütün övladları ekiz halda, yalnız Həzrət Şeys (ə) tək doğulmuşdur. Şeys (ə) də peyğəmbər olmuş, uzun ömür sürmüş, Adəm övladlarını haqqa doğru çağırmışdır. Qabilin nəsli onunla düşmənçilik etmiş və məğlub olmuşdu. Həzrət Şeys peyğəmbərə (ə) Allah-Taala 50 səhifə şəklində vəhy nazil etdi. Bütün sonrakı peyğəmbərlər, o cümlədən, Həzrət İdris (ə), Nuh (ə) və daha sonra Həzrət Mühəmməd (s) də Şeysin (ə) nəslindən idi. Şeys peyğəmbərin (ə) adı Bibliyada Sif şəklində çəkilir.