"Mitsubishi" 145 minə yaxın avtomobili geri çağırdı


Digərləri 02 Okt 2018 20:56:00 230 0

"Mitsubishi" 145 minə yaxın avtomobili geri çağırdı

"Mitsubishi" şirkəti Rusiyada 145 minə yaxın avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış "Outlander", "Outlander PHEV" və ASX modellərinə şamil olunur.