Kriminal avtoritetlərin "sxodka"sına basqın edilib,


Dünya 02 Okt 2018 19:56:00 275 0

Kriminal avtoritetlərin "sxodka"sına basqın edilib,

Moskva vilayətində kriminal avtoritetlərin "sxodka"sına polis basqını olub və 29 nəfər saxlanılıb. 

Son.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə polis idarəsinin yaydığı məlumatda bildirilir.

İdarənin mətbuat xidmətinin rəhbəri Tatyana Petrova vurğulayıb ki, "sxodka"ya sahibkarlara himayədarlıq edən cinayətkar aləmin üzvləri toplaşıblar. Saxlanılan 29 nəfər polis bölməsinə aparılıb və hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.