Efirdə dava: “Bu kimdir? İtdənpişikdən…”


Şou-biznes 02 Okt 2018 19:36:00 215 0

Efirdə dava: “Bu kimdir? İtdənpişikdən…”

Space TV yayımlanan verilişdə qonaqlar arasında gərginlik yaşanıb.

Son.az metbuat.az-a istinadən xəbər verir ki, qalmaqalları ilə gündəmə gələn gənc yazar Kəramət Böyükçöl bu dəfə də ənənəsinə sadiq qalıb. Onun meyxana sənəti barədə söylədiyi fikirlər söz ustası Mehman Əhmədlini qəzəbləndirib.

Gənc yazar çıxışının əvvəlində Azərbaycan cəmiyyətini ciddi sənət əsərləri ilə maraqlanmağa dəvət edib:

"Ciddi musiqilərə qulaq asın, kitab oxuyun. Bu meyxana ilə vaxtınızı öldürməyin. Meyxana nədir? Nə vaxtdan sənət olub? Meyxana xalq olaraq sizi uçuruma aparır. Bunlar sizin başınızı qatmaq üçündür..."

K.Böyükçöl çıxışını bitirməmiş Mehman Əhmədli onun bu sözlərinə münasibət bildirib. Meyxanaçı yazarın qalmaqal yaradaraq "reklam tutmaq" istədiyini söyləyib.