Aİ Lənkəranda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə dəstək göstərəcək (FOTO)


Digərləri 02 Okt 2018 19:03:00 280 0

Aİ Lənkəranda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə dəstək göstərəcək (FOTO)

Aİ ilə regional inkişafa dəstək Proqramı üzrə Maliyyələşdirmə Sazişi imzalanıb

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Aİ arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusilə önəmli olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 10 ildə Aİ-ə mütəmadi səfərlər edib, Aİ-nin yüksək vəzifəli rəsmiləri dəfələrlə ölkəmizdə səfərdə olub. Qeyd olunub ki, Azərbaycan və Aİ ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42%, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5% təşkil edib. Aİ ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 mlrd. dollara yaxın investisiya yatırıb. Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. Artıq 34 tvinninq layihəsinin icrası müvəffəqiyyətlə başa çatıb, 10 tvinninq layihəsi isə icradadır. Görüşdə ölkəmizin Aİ ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb, Azərbaycanın nəqliyyat və energetika sahələrində də Aİ ilə əməkdaşlığa önəm verdiyi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolu, Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.