Ağstafada avtomobillə vurulan piyada xəstəxanada öldü


Digərləri 02 Okt 2018 18:34:00 227 0

Ağstafada avtomobillə vurulan piyada xəstəxanada öldü

Ağstafa rayonunun Qırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Ağstafa rayonunun Qırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 20 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisində Tovuz rayon sakini Rabil Rüstəmov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Samir Qurbanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.