SOCAR və Çinin BGP şirkəti seysmik kəşfiyyat işləri üzrə birgə müəssisə təsis ediblər (FOTO)


Digərləri 02 Okt 2018 18:04:00 331 0

SOCAR və Çinin BGP şirkəti seysmik kəşfiyyat işləri üzrə birgə müəssisə təsis ediblər (FOTO)

SOCAR-ın Baş ofisində, SOCAR-la Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb.

Bakı. SOCAR-ın Baş ofisində, SOCAR-la Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb. SOCAR-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident akademik Xoşbəxt Yusifzadə, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov və “BGP Inc.” şirkətinin prezidenti Gou Liang, eləcə də hər iki şirkətin digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.