"Qaçqınkom"a yeni aparat rəhbəri təyin olunub


Digərləri 02 Okt 2018 18:00:00 297 0

"Qaçqınkom"a yeni aparat rəhbəri təyin olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Etibar Abdullayev işdən çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Digər əmrlə Eldar Zeynalov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin edilib.