Oktyabrda bizi güclü yağışlar gözləyir


Digərləri 02 Okt 2018 17:32:00 217 0

Oktyabrda bizi güclü yağışlar gözləyir

"Bu ayın birinci yarısında Azərbaycanda hava şəraiti mülayim keçəcək. Ancaq 13-14 oktyabrdan başlayaraq, respublika ərazisində güclü yağışlar yağacaq". 

Son.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında azərbaycanlı ekoloq, Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov deyib. 

Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları artıq indidən sel və leysanlara qarşı hazırlıq işlərinə başlamalıdır.