“Azərxalça”nın strukturlarında gənclərin işlə təmin olunması strateji məqsədlərə xidmət edir


Digərləri 02 Okt 2018 17:15:18 243 0

“Azərxalça”nın strukturlarında gənclərin işlə təmin olunması strateji məqsədlərə xidmət edir

Hazırda “Azərxalça”nın struktur bölmələrində 382 gənc əməkdaş çalışır.

Bakı. Hazırda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin struktur bölmələrində 382 gənc əməkdaş çalışır. Cəmiyyətdən Trend-ə verilən məlumata görə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti artıq öz bəhrəsini verir. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi qayğı və etimad onların müxtəlif dövlət orqanlarında uğurla təmsil olunmasına şərait yaradıb. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti də öz strukturlarında gənclərin işə qəbuluna ciddi diqqət yetirir. Hazırda “Azərxalça”nın mərkəzi aparatında, Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Quba, Xaçmaz, İsmayıllı və Qəbələ filiallarında, ümumilikdə, 964 nəfər çalışır. Qurumun əməkdaşlarından 759 nəfəri toxucu, digərləri isə inzibati-təsərrüfat işçisidir. Hazırda “Azərxalça”nın struktur bölmələrində 382 gənc əməkdaş çalışır ki, onların da 307 nəfəri toxucudur.