Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı


Digərləri 02 Okt 2018 16:14:00 236 0

Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı

Bakıda nəhəng piyada keçidi inşa edilir.

Son.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, 130 metrlik yerüstü piyada keçidi orta dayaqlar olmadan inşa edilir.

Qurğu xüsusi asqılar üzərində dayanacaq və Bakıda ilk asma piyada keçidi olacaq:

"Piyada keçidi paytaxtın Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə inşa olunacaq. Keçid 3 giriş-çıxışdan ibarət olacaq. Çıxışın biri Asif Məhərrəmov küçəsinə, biri 20 yanvar küçəsinə, digəri isə Moskva prospektinə çıxacaq".