Ya Poqba, ya da Mourinyo


İdman 02 Okt 2018 16:09:00 303 0

Ya Poqba, ya da Mourinyo

Manchester United-in futbolçusu Pol Poqba qışda İngiltərə klubunu öz istəyi ilə tərk edə bilər.

Goal.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Joze Mourinyo ilə münasibətləri yaxşı olmayan fransalı yarımmüdafiəçi portuqaliyalı mütəxəssis istefaya göndərilməyəcəyi təqdirdə, klubdan ayrılacaq. Bununla bağlı o, artıq öz komanda yoldaşlarına bildirib.