Fransada "Zəhra Mərkəzində" antiterror əməliyyatı


Dünya 02 Okt 2018 15:12:00 260 0

Fransada "Zəhra Mərkəzində" antiterror əməliyyatı

Fransanın Qrand-Sent rayonunda polis antiterror əməliyyatı keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 11 nəfərin saxlanıldığı bildirilir.

Məlumata görə, təxminən 200 polisin iştirakı ilə genişmiqyaslı antiterror əməliyyatı səhər saatlarında "Centre Zahra France" (Fransa Zəhra Mərkəzi) müsəlman təşkilatının mənzil qərargahında başlayıb.

Bildirilir ki, bu təşkilatın rəhbərləri "bir neçə terror təşkilatına" yardımda şübhəli bilinirlər.