Açarı zibilliyə düşdü, ilişib qaldı VİDEO FOTO


Digərləri 02 Okt 2018 15:16:00 230 0

Açarı zibilliyə düşdü, ilişib qaldı  VİDEO  FOTO

Belarusda 24 yaşlı gənc sərxoş vəziyyətdə binanın zibil şaxtasına düşüb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay Minskin "Kamennaya Qora" mikrorayonundakı Nemanskaya küçəsində yaşanıb.

Binanın 9-cu mərtəbəsindəki mənzildə yaşayan dostuna qonaq gedən şəxs zibil atmaq üçün çölə çıxıb. Bu zaman onun mənzilinin açarları zibil şaxtasına düşüb.

Açarları çıxarmaq üçün şaxtaya düşən 24 yaşlı şəxs 6-cı mərtəbədə istəyinə çatıb. Lakin o, çölə çıxa bilməyib.


Xəbərə aid fotolar