İranın birinci vitseprezidenti xalqdan üzr istəyib


Dünya 02 Okt 2018 14:58:00 254 0

İranın birinci vitseprezidenti xalqdan üzr istəyib

İranın birinci vitse-prezidenti İshaq Cahangiri ölkədəki problemlərə görə əhalidən üzr istəyib.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı İSNA agentliyi yayıb. 

"İrana psixoloji təzyiqlər edilir. Bəziləri bundan istifadə etməyə cəhd göstərir. Mən İrandakı problemlərə və bir sıra çatışmazlıqlara görə xalqdan üzr istəyirəm", - İ.Cahangiri Tehranda yeni istifadəyə verilən məktəbin açılışında bildirib.