Prokuror Sarayda qohumunu yumruqla öldürən şəxsə ağır cəza istədi


Digərləri 02 Okt 2018 14:58:47 262 0

Prokuror Sarayda qohumunu yumruqla öldürən şəxsə ağır cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı V.Hüseynovun 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə oktyabrın 9-dək təxirə salınıb.