Azərbaycanlı müğənnilərin ən çox pul qazandığı rayon


Digərləri 02 Okt 2018 14:49:00 273 0

Azərbaycanlı müğənnilərin ən çox pul qazandığı rayon

Əhməd Cavad, Fazil Məmmədov, "Pakrov Məhərrəm" - Onları birləşdirən nədir?

Son.az azxeber.com-a  istinadən xəbər verir ki, haqqında bəhs edəcəyimiz növbəti məkan - ölkəmiz dövlət müstəqiliiyi əldə edənə qədər Şamxor adı ilə məşhur olan Şəmkir rayonu olacaq.

Səlcuqlar tərəfindən işğal olunan rayon az keçmir ki...

Şəmkir rayonu Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəd olan Şəmkirin 200 mindən artıq əhalisi var. 1930-cu ildən rayon statusu alan qədim diyar 1991-ci ilə qədər Şamxor adını daşıyıb.

Tarixi mənbələrə görə, Şəmkir erkən orta əsr şəhərlərindəndir. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşib. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olunaraq, ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırılıb. Şəhərin adı sonralar özünə qaytarılıb. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olunub. X-XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olub. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb edib. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçib. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olub. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirilib. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olub.

Bakıda 1, burada isə 2 "qız qalası" var...

Şəmkir tarixi-memarlıq abidələri ilə zəngin azsaylı rayonlardan biridir. IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası, XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları , XI-XII əsrlərə aid Qız qalası, XI əsrə aid ikinci Qız qalası, XVI-XVII əsrlərə aid körpü , XVII əsrə aid Divan bürcü, XVI-XVII əsrlərə aid Koroğlu qalası, dəmir dövrünə aid Qalaboynu qalacası, erkən orta əsrlərə aid Pir, 1909-cu ildə tikilmiş Alman kilsəsi, XI-XII əsrlərə aid oğuz qəbiristanlığı XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) və digər tarixi abidələr bu qəbildəndir. Rayon iqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq, quşçuluq və baramaçılıq təşkil edən Şəmkirdə kənd təsərrüfatı maşınqayırması, üzüm emalı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, quşçuluq fabriki, SES və başqa müəssisələr fəaliyyət göstərir. Rayonda 81 orta məktəb, 22 xəsətəxana, 48 ambulator poliklinika, 96 kitabxana, Şəmkir Olimpiya İdman Kompleksi, "Excelsior Hotel Shamkir" mehmanxanası və digər müəssisələr fəaliyyət göstərir.