Azərbaycanda yollarının bir çoxlarında uçqun-töküntü, sürüşmə prosesləri baş verib


Digərləri 02 Okt 2018 14:46:00 242 0

Azərbaycanda yollarının bir çoxlarında uçqun-töküntü, sürüşmə  prosesləri baş verib

Azərbaycanda avtomobil yollarının bir çoxlarında yenidən uçqun-töküntü prosesləri baş verib, bəzi yollarda isə yeni lokal sürüşmə sahələri yaranıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda avtomobil yollarının bir çoxlarında yenidən uçqun-töküntü prosesləri baş verib, bəzi yollarda isə yeni lokal sürüşmə sahələri yaranıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, sentyabr ayı ərzində Lerik rayonunda, Lənkəran-Lerik yolunun 27-29-cu km-liyində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunmuş yol boyu bir neçə yerdə uçqun- töküntü prosesləri qeydə alınıb: "Lənkəran-Lerik yolunun 45-47-ci km-liyində yol boyu yamac hissədə uçqun prosesləri və yol kənarında yeni çatlar müşahidə edilib. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub". Ə.Qaralov bildirib ki, Astara rayonunda Kijəbə, Burcubənd sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunub: "Motlayataq sürüşmə sahəsində aparılmış müşahidələr zamanı prosesin dinamikasında aktivlik müşahidə olunub və sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb".