"AzSığorta" Bakıda keçirilən "Mübarizlər" yarışında iştirak edib


Digərləri 02 Okt 2018 14:37:00 241 0

"AzSığorta" Bakıda  keçirilən "Mübarizlər" yarışında iştirak edib

"AzSığorta" artıq 3-cü dəfə "Mübarizlər" layihəsinin sponsoru olub.

Bakı. "AzSığorta" artıq 3-cü dəfə "Mübarizlər" layihəsinin sponsoru olub. Trend-in məlumatına görə, şirkət "Gilan Holding", Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə sentyabrın 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində keçirilmiş yarışda iştirak edib. Müxtəlif fərdi şəxslərin, korporativ şirkətlərin iştirak etdiyi yarışa “AzSığorta” 2 komanda ilə qatılıb. Yarışın sonunda şirkətin hər iki komandası uğurla finişə çatıb. Şirkətin 1 nömrəli komandasının əməkdaşları isə 2 saat 52 dəqiqə nəticə görsədərək 29 şirkət arasında 15-ci yeri tutub.