Əli Həsənov: "Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır"


Digərləri 02 Okt 2018 14:21:44 262 0

Əli Həsənov: "Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır"

Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan xalqının qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev XXl əsrin ən görkəmli siyasi liderlərindən biridir: "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. 1990-cı ilin əvvəllərində ulu öndərin ətrafında birləşmiş şəxslər müstəqil Azərbaycan Respublikasının formalaşması və inkişafına böyük töhfələr veriblər və onların adı Heydər Əliyevin adının yanında yazılıb".