Türkiyə DİN: "Amerikalılar İraqda terrorçulara təlim keçir"


Dünya 02 Okt 2018 14:26:00 269 0

Türkiyə DİN: "Amerikalılar İraqda terrorçulara təlim keçir"

Amerikalılar İraqın şimalında PKK terror təşkilatının silahlılarına təlim keçir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, ABŞ vətəndaşlarının İraqın şimalında və terrorçuların sırasında mövcudluğunu təsdiq edən faktlar var.