""Məhəllə 3"ə nə "Tofiq", nə də "Qüdrət" dəvət olunmayıb"


Şou-biznes 02 Okt 2018 14:17:00 252 0

""Məhəllə 3"ə nə "Tofiq", nə də "Qüdrət" dəvət olunmayıb"

Əməkdar artist Rafael İsgəndərov "Bu şəhərdə"nin yeni tamaşasından danışıb. 

Son.az xəbər verir ki, axşam.az-a açıqlama verən aktyor bildirib ki, hazırda məşq edirlər:

"Hamısı yeni səhnəciklərdir. Bircə "Toy" səhnəmiz qalıb. Bir çox verilişləri parodiya edəcəyik. Bir də gəlin-qayınana səhnəmiz var. Hər il konsertə hazırlaşanda karifeylərə zəng edib, ofisimizə çağırırq. Onlara ssenarini göstərib razılıq alırıq. Hələ bizə etiraz edən olmayıb". R.İsgəndərov üçüncüsü çəkilən "Məhəllə" filmindən bəhs edib. Bundan əvvəlki bölümlərdə Qüdrət obrazını canlandıran aktyor qarşı tərəfdən dəvət almadığını söyləyib: "Filmdə nə Qüdrət, nə Tofiq (aktyor Coşqun Rəhimov) olmayacaq. Yəni nə mən, nə Coşqun dəvət almamışıq. Təklif olunsa da, razılaşmayacaqdıq". "Bu, bir vaxtlar aranızda baş verən qalmaqala görədir" sualına Rafael belə cavab verib: "Hamınız hər şeyi bilirsiniz. Amma heç aramızda belə böyük qalmaqal da yaşanmayıb".   Aktyor "Bu şəhərdə"nin də film çəkmək arzusunda olduğunu bildirib: