"Embawood"un əməkdaşını qətlə yetirən şəxsə hökm oxunub


Digərləri 02 Okt 2018 13:32:00 301 0

"Embawood"un əməkdaşını qətlə yetirən şəxsə hökm oxunub

Ağstafa rayonunda firma əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən məhkəmədə ötən il Ağstafa rayonunda qətl törədən Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Elçin Məmməd oğlu Mustafayevə hökm oxunub. Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələri ilə təqsirli bilinən E.Mustafayev 14 il 6 ay azadlıqdan məhrum edilib.