İranda qaz kəmərində partlayış:


Dünya 02 Okt 2018 13:27:00 223 0

İranda qaz kəmərində partlayış:

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində təbii qaz kəmərində partlayış olub.

Son.az report-a istinadən xəbər verir ki, bunu əyalətin Fövqəladə Hallar İdarəsinin rəisi Kiyumers Hacızadə bildirib.

Onun sözlərinə görə, partlayış əyalətin Bağ Məlik rayonu yaxınlığında, Xuzistan-İsfahan təbii qaz kəmərində baş verib.

K.Hacızadə deyib ki, hadisə yerinə xilasedicilər cəlb olunub.