Oğlunu öldürüb gəlini ilə eşq yaşayan ata


Digərləri 02 Okt 2018 13:04:00 276 0

Oğlunu öldürüb gəlini ilə eşq yaşayan ata

Oğlunu öldürən ata və gəlin cəzalarının azaldılması üçün Ali Məhkəməyə müraciət ediblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 326.1-ci (rəsmi sənədləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə) maddəlləri ilə məhkum olunan 1936-cı il təvəllüdlü Quba rayon sakini Həsrət Əliyev və gəlini Yeganə Ərəbova 1970-ci il təvəllüdlü Elman Əliyevin ölümündə təqsirli biliniblər. 

Belə ki, 2015-ci il mayın 14-də hadisə yerinə baxış zamanı Quba rayonunun Hacıqayıb kəndində Həsrət Əliyevə məxsus 2 mərtəbəli fərdi evin arxa tərəfində yerləşən və istifadə olunmayan ayaqyolunun çalasının qazıntısı zamanı, torpaq altından, kürək hissədən üzü aşağı, iki hissəyə cırılmış uzunqol köynək, corab, əski, torbaya bükülmüş və iplə sarınmış vəziyyətdə insan skeleti aşkarlanıb.

Məhkəmə-genetik ekspertizasının nəticəsindən görünüb ki, hadisə yerindən götürülmüş diş nümunələri Həsrət Əliyev və Minafər Əliyevanın kişi cinsindən olan bioloji övladına məxsusdur. Tibbi ekspertizanın rəyinə görə, təqdim olunan sümüklər 25-35 yaş hüdudlarında olan insana məxsusdur. Sümüklərdəki dəyişikliklərə görə, onların basdırılma müddəti 10-15 il əvvəlki vaxta uyğun gəlib. Kəllədəki sümüklərin sınıqları küt əşyanın təsirindən əmələ gəlib, mərhuma ən azı 5 zərbə endirilib, xəsarətlər baltanın küt hissəsi, yaxud da cəkiclə yetirilib. Ölümünə başın küt travması nəticəsində beyin toxumasına qansızma səbəb olub.

İbtidai araşdırma zamanı məlum olub ki, Həsrət Əliyev 2001-ci il sentyabrın 20-də Quba RPŞ-yə ərizə ilə müraciət edərək, 1970-ci il təvəllüdlü oğlu Elman Əliyevin ayın 19-dan evdən xəbərsiz RF-ə getməsi və hal-hazıra kimi ondan bir xəbər olmamasını bildirib.

Mayın 29-da cinayətin törədilməsində şübhəli bilinən mərhumun arvadı Yeganə Ərəbova, səhərisi gün isə atası Həsrət Əliyev saxlanılaraq, dindiriliblər. Toplanmış sübutlardan görünüb ki, cinayət hadisəsi üstündən 13 il 8 aydan artıq müddət keçdikdən sonra açılıb. Bu müddət ərzində mərhum Elman Əliyevin qohumları və həmkəndliləri onun Rusiyaya getdiyini və ailə üzvləri ilə əlaqə saxlamadığını zənn ediblər.  İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev arvadı Minafər, oğlu Elman, gəlini Yeganə Ərəbova və azyaşlı nəvəsi Ravidlə birlikdə Hacıqayıb kəndində yaşayıblar. 2001-ci ilin iyul ayından etbarən, gəlinindən qadın kimi xoşu gəldiyinə görə, ona olan intim hisslərini nümayiş etdirib.