“Uralskie avialinii” Azərbaycana yeni istiqamətlər üzrə uçuşlar edəcək


Digərləri 02 Okt 2018 12:51:00 254 0

“Uralskie avialinii” Azərbaycana yeni istiqamətlər üzrə uçuşlar edəcək

Rusiyanın "Uralskie avialinii" şirkəti Azərbaycana yeni istiqamətlər üzrə uçuşlar həyata keçirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi bildirib.

Şirkət Volqoqrad-Gəncə və Volqoqrad-Bakı reysləri üçün lisenziya əldə edib. Lisenziya həmin marşrutlar üzrə həftənin yeddi günü uçuş həyata keçirməyə icazə verir.