İlin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır


Siyasət 02 Okt 2018 12:53:00 281 0

İlin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır

Cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bugünkü brifinqdə deyib.

T.Balayan qeyd edib: "Ehtimal ki, ilin sonunadək xarici işlər nazirlərinin görüşü baş tutacaq".