2 uşağı xəstə olan ailə onları qorumaq üçün


Digərləri 02 Okt 2018 13:00:00 244 0

2 uşağı xəstə olan ailə onları qorumaq üçün

Hava limanında sendviç yeyən qızın ölməsi barədə məlumat vermişdik. Tanınmış iş adamının 15 yaşlı qızı Nataşa Ednan sendviç yedikdən sonra ailəsinin gözü qarşısında British Airways"a məxsus təyyarədə can verib. Allergiyası olan qız küncütlü sendviç yediyinə görə bədəni buna tab gətirə bilməyib və ölüb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, ABŞ-da uşaqlarında allergiya problemi və astma xəstəliyi olan valideynlər övladlarının təhlükəsizliyini təmin etmək üçün lüks ev tikdirib.

37 yaşlı Elinor Barikor və 36 yaşlı əri Born Barikor bu evin tikilişi üçün 650 min dollar xərcləyiblər.

Cütlüyün 3 övladı - Averi, Paskal və Rae - var. Onların üçü də azyaşlıdırlar. Oğlanlardan birində astma xəstəliyi var. Digərinin isə yumurta, süd məhsulları, soya, paxlalı bitkilər, meyvə və quru meyvələrə, heyvan dərisinə, toza allergiyası var. Xoşbəxtlikdən onların qızları tamamilə sağlamdır.


Xəbərə aid fotolar