DGKA-nın tələbəsi: “Gömrük orqanlarında xidmət etmək şərəfdir”


Digərləri 02 Okt 2018 12:29:01 206 0

DGKA-nın tələbəsi: “Gömrük orqanlarında xidmət etmək şərəfdir”

Gömrük orqanlarında xidmət etmək şərəfdir

Bakı. Əliyeva Vəfa Nazim qızı 2001-ci ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub. Öncə Yuxarı Aran kənd məktəbində təhsil alan Vəfa Əliyeva sonradan Beyləqan şəhər akademik Mehdi Mehdizadə adına 3 saylı orta məktəbdə oxuyub. O, bu il ali məktəblərə qəbul imtahanlarında 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) “İqtisadiyyat” ixtisası üzrə qəbul olub. Qrup lideri olan Vəfa Əliyeva ilə söhbətləşdik. - Vəfa, siz ixtisasınız üzrə qrupda ən yüksək bal toplamısınız. Özünüzü qrupun lideri hesab edirsinizmi? Tələbə yoldaşlarınız da sizi belə qəbul edirlər? - Sözün düzü, digər tələbə dostlarım da savad və bilikləri ilə heç də geri qalmırlar. Bizim qrupda cəmi 22 tələbə var, 6 qız, 16 nəfəri isə oğlandır. Qrup yoldaşlarımın hər biri çox savadlı, biliklidirlər. Sadəcə olaraq, ən yüksək bal topladığıma görə, tələbə yoldaşlarım mənim sinif nümayəndəsi seçilməyimə yekdilliklə razılıq verdilər. - Orta məktəb illərində hansı fənnə daha çox marağınız vardı? Hansısa uğurlarınız olubmu? - Orta məktəbdə “Coğrafitya” fənnini daha çox sevirdim. Bu fənn üzrə rayonumuzda olimpiadalarda da iştirak etmişəm. Bilik yarişlarında müxtəlif sertifikatlar almışam. Ümumi fənlər üzrə məktəbimizdə mütəmadi keçirilən “Bilik kuboku”nda həmişə iştirak etmişəm. - Niyə məhz Dövlət Gömrük Komitəsinin Akademiyasını seçmisiniz? - Mən hələ uşaqlıqdan həmişə rütbə daşıyan peşə sahiblərinə böyük maraq göstərirdim. Gömrük işi məni hər zaman cəlb edirdi. Ali məktəblərə qəbul imtahanlarında II qrupu da məhz buna görə seçdim. Gömrük orqanlarında xidmət etmək şərəfdir. - Çox zaman bu peşəni daha çox kişilərə aid olan iş kimi qəbul edirlər. Siz necə düşünürsünüz?