"Murtuz Ələsgərovun ümummilli lider Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub"


Digərləri 02 Okt 2018 12:17:00 264 0

"Murtuz Ələsgərovun ümummilli lider Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub"

Murtuz Ələsgərovun ümummilli lider Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov Bakı Dövlət Universitetində (BDU) tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.

Baş nazirin müavini M.Ələsgərovun şəxsiyyətinə hər zaman hörmətlə yanaşdığını bildirib: "Murtuz Ələsgərovu bir ziyalı kimi səciyyələndirən əsas xüsusiyyətlər o idi ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırdı, parlaq ideoloq idi. Murtuz Ələsgərovun bir alim kimi nüfuzu xalq hərəkatının daha da yüksəlməsinə kömək edirdi".

Ə.Əhmədov M.Ələsgərovun ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olduğunu qeyd edib: "O, müstəqil Azərbaycan tarixində yeri olan bir şəxsdir. Heydər Əliyevin yaxın ətrafında olan Murtuz Ələsgərovun böyük həyat təcrübəsi var idi. O, Yeni Azərbaycan Partiyası sədrinin müavini olub. Onun Heydər Əliyevin ideyalarının yayılmasında əvəzolunmaz xidmətləri olub".

Baş nazirin müavini əlavə edib ki, mübariz bir insan olan M.Ələsgərov Azərbaycanın müstəqilliyi uğrunda, Heydər Əliyevin ideyalarının qorunub saxlanmasında da öz mübarizlik keyfiyyətini göstərib: "O, daim mübariz insan olub. Murtuz Ələsgərov bu gün də onu tanıyanların qəlbində yaşayır".