Sentyabrda 19 rayon və şəhərdə əmək yarmarkası keçirilib (FOTO)


Digərləri 02 Okt 2018 11:43:46 251 0

Sentyabrda 19 rayon və şəhərdə əmək yarmarkası keçirilib (FOTO)

Yarmarkalarda ümumilikdə 408 müəssisə üzrə 5104 vakant iş yeri təqdim edilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən sentyabr ayında ölkənin 19 rayon və şəhərində (Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Qobustan, Lənkəran, Salyan, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalarda ümumilikdə 408 müəssisə üzrə 5104 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə 1208 göndəriş verilib.