Xızıda 63 baş heyvan oğurlayan şəxs saxlanılıb


Digərləri 02 Okt 2018 11:48:00 256 0

Xızıda 63 baş heyvan oğurlayan şəxs saxlanılıb

Xızıda 63 baş heyvan oğurlayan şəxs saxlanılıb

Bakı. Xızıda 63 baş heyvan oğurlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul-sentyabr ayları ərzində rayonun Baxışlı, Fındığan və Xələc kəndlərində yerləşən dörd fərdi təsərrüfatdan ümumilikdə 63 baş xırda buynuzlu və bir baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 10.000 manatdan çox maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Adıyev olduğu müəyyən edilib. Ətraflarında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Adıyevin cari ilin may ayında Siyəzən rayonunda yerləşən Mikayıl Adıgözəlova məxsus fərdi təsərrüfatdan 16 baş xırda buynuzlu heyvan oğurlaması da müəyyən edilib.