İnsult keçirən Kərim efirdə “Hərəkət edə bilmirdim”


Şou-biznes 02 Okt 2018 11:25:00 310 0

İnsult keçirən Kərim efirdə  “Hərəkət edə bilmirdim”

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərim  (Kərim Novruzov) "Bizimləsən" proqramına qatılıb. 

Son.az qafqazinfo-ya istinadən  xəbər verir ki, hərəkət etməkdə və danışmaqda çətinlik çəkən ifaçı verilişə oğlu ilə birgə gəlib. Ağakərim 1 ildən çoxdur ki, müalicə aldığını qeyd edib:

"Pis yaşamıram. Allahın köməyi ilə nəfəs alıram. Şəkər və təzyiqdən insult keçirdim, 1 il 6 aydır ki, beləyəm. İlk üç ayı ağır keçirdim.  Əvvəllər hərəkət edə bilmirdim. İndi danışığım da düzəlib, qaydasına düşüb. Heç kəs darıxmasın, tez bir zamanda görüşəcəyik".