DİN Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb


Digərləri 02 Okt 2018 11:22:22 204 0

DİN Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb

DİN Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb

Bakı. Samir Əli - DİN Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.