Ermənistanda matəm elan olunacaq


Dünya 02 Okt 2018 11:20:00 278 0

Ermənistanda matəm elan olunacaq

Erməni əsilli Fransa müğənnisi Şarl Aznavur dəfn edilən gün Ermənistanda matəm elan olunacaq.

Son.az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Mənim Şarl Aznavurla şəxsi tanışlığım yox idi. Yerevanda keçiriləcək Frankofoniya sammiti çərçivəsində onunla görüşməyi planlaşdırırdım. Şarl Aznavur milli qəhrəmandır və erməni xalqına sədaqətli olaraq, ölkəmizin qurulmasına böyük əmək sərf edib", - hökumət başçısı vurğulayıb.