Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla gətirilməsinin qarşısını alıblar


Digərləri 02 Okt 2018 11:04:00 243 0

Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla gətirilməsinin qarşısını alıblar

Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Bakı. Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. Yoxlama zamanı, sürücünün təqdim etdiyi yük-müşayiət sənədləri ilə nəqliyyat vasitəsindəki sənədlər arasında yükün çəkisi ilə bağlı uyğunsuzluq yaranıb. Bu səbəbdən avtomobilin yükü boşaldılıb və müəyyən olunub ki, avtomobildə daşınan şinlər iç-içə keçirilmiş vəziyyətdədir. Sənədlərdə 1023 ədəd şin göstərildiyi halda, avtomobildə isə 2441 ədəd şin qeydə alınıb.