Türkiyədə xüsusi əməliyyat:


Dünya 02 Okt 2018 10:35:00 186 0

Türkiyədə xüsusi əməliyyat:

Türkiyənin cənub-şərqində, Van vilayətində aparılmış xüsusi əməliyyat nəticəsində 141 kiloqram heroin müsadirə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı bir nəfər saxlanılıb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir.

Həmçinin araşdırma zamanı saxlanılan şəxsin PKK terror təşkilatı ilə sıx əlaqəsi olduğu məlum olub.