Rozanın imtina etdiyi maşın tamaşaçıya veriləcək


Şou-biznes 02 Okt 2018 10:21:00 249 0

Rozanın imtina etdiyi maşın tamaşaçıya veriləcək

Xalq artisti Murad Dadaşov sonuncu "Maşın" şoudakı avtomobilin aqibətindən danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, şoumen maşının hələ də heç kimə verilmədiyini söyləyib:

"Maşın hələ də qalıb, saxlamışıq. İnsanların verdiyi səs boşa getməyib. Roza maşından imtina etdi, biz nə edə bilərik? Rozanı da başa düşürəm. Onun üzərində o qədər göz, nəzər, söz-söhbət var ki... 

İlk dəfə deyirəm ki, avtomobili tamaşaçıya verəcəyik. Bir formada yarış keçirəcəyik, verəcəyik tamaşaçıya".