Britaniya miqrasiya qapılarını kiçildir


Dünya 02 Okt 2018 10:07:00 254 0

Britaniya miqrasiya qapılarını kiçildir

Yüksək ixtisaslı və peşəkar insanlar haradan gəldiklərindən asılı olmayaraq Britaniyada "Breksit"dən sonra iş tapmaqla bağlı prioritet hüquqa malik olacaqlar.

Britaniyanın baş naziri Tereza Mey belə deyib.

Son.az The Guardian-a istinadən bildirir ki, Meyin dediyinə görə, yeni sistem miqrantın hansı ölkədən gəldiyini yox, onun peşəkar ustalığını ön plana çəkəcək.

"Dünyaya ünvanlanmış bu sistem ehtiyac duyduğumuz peşəkar bacarıqlara malik insanları ölkəmizə cəlb edəcək. Britaniya Avropa Birliyini tərk edəndən sonra ixtisası olmayan və ya peşə bacarıqları aşağı insanların ölkəyə miqrant qismində buraxılması praktikasına son qoyulacaq", - Mey bildirib.

Onun sözlərinə görə, bu payızda "Ağ Kitab" (qanun layihəsindən bəhs edən hökumət informasiya sənədi) dərc olunacaq və orada Britaniyanın immiqrasiya siyasətindəki dəyişikliklər əks olunacaq.

Qanun isə gələn il qəbul olunacaq.

Bundan başqa, Britaniya miqrantlar arasında Avropa Birliyi ölkələrindən olan şəxslərə üstünlük verməyəcək.

Britaniyanın daxili işlər naziri Sacid Cavid isə bəyan edib ki, miqrasiya siyasəti həddən artıq sərtləşdiriləcək.

"Yerli şirkətlər işə, ilk növbədə, Britaniya vətəndaşlarını qəbul etməlidirlər. Əgər bundan sonra boş yerlər qalarsa, həmin yerlərə yüksək ixtisaslı miqrantları cəlb etmək olar", - Sacid söyləyib.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar