Tovuzda yanğın: alov ağacları da yandırdı


Digərləri 02 Okt 2018 09:22:00 244 0

Tovuzda yanğın: alov ağacları da yandırdı

Tovuzda yanğın hadisəsi baş verib.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Qovlar şəhərində ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış rezin qəliblər və yaxınlıqda 6 ədəd şam ağacı yanıb.

Tikiliyə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.