Peruda avtobus dərəyə aşıb: 8 ölü, 50 yaralı


Dünya 02 Okt 2018 08:58:00 248 0

Peruda avtobus dərəyə aşıb: 8 ölü, 50 yaralı

Perunun Çançamayo əyalətində avtobus 100 metr hündürlükdən dərəyə aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, baş verən hadisə nəticəsində azı 8 nəfər həlak olub, 50 nəfər isə müxtəlif xəsarətlər alıb.

Yerli polisin məlumatına əsasən, "Tourism Central" turizm şirkətinə məxsus avtobus qarşıdan gələn yük maşını ilə toqquşub və sonra dərədən aşaraq Tarma çayına düşüb.