Barselonada aksiyaçılarla polislər arasında toqquşma olub


Dünya 02 Okt 2018 08:44:00 215 0

Barselonada aksiyaçılarla polislər arasında toqquşma olub

Barselonada Kataloniya parlamentinin binası yaxınlığında aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "La Vanguardia" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, etiraz aksiyasının iştirakçıları polislərə şüşə qablar - bankalar və butılkalar atıblar. Aksiyada xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.