Qorxunc həşərat: Qara qurd haqda nə bilirik?


Digərləri 02 Okt 2018 08:31:00 428 0

Qorxunc həşərat: Qara qurd haqda nə bilirik?

Qara qurd nədir? Ondan necə qorunmaq olar? Ümumiyyətlə, həşərat sancmaları zamanı nə edək?

Mütəxəssislərə görə, qara qurd hörümçəyinin zəhəri gürzənin zəhərindən də bir neçə dəfə güclü olur. Bu hörümçək ölkəmizə Orta Asiyadan gəlib və son 10 ildə yayılmağa başlayıb. Qaraqurd hörümçəyi qabıqlı böcək cinsindən olub, bəzi yerlərdə "dozanqurdu" adlandırılır. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. İlkin tibbi yardım vaxtında və keyfiyyətli yardım göstərilmədiyi halda qaraqurd sancması öldürücü olur.   Ümumiyyətlə əgər sizi hansısa həşərat sancıbsa çox böyük bir allergiyanız yoxdursa, demək ki, o həşərat sancması çoxda təhlükəli deyil. Həşərat sancan bölgədə  şişmə, qızartı, qaşıntı, kolik şəklində qarın ağrısı, qusma, sinədə sıxılma hissi, nəfəs almada çətinlik, halsızlıq, xırıltılı tənəffüs, at səsi (larinks şişi tapıntısı), dildə şişmə də ola bilər. Bu simptomlar ciddi allergik reaksiya olduğunu  göstərir . Nəbzin alına bilməməsi və qan təzyiqinin düşməsi, şüur bulanıqlığı və ürək dayanması həyatı təhdid edən tapıntılardır. Həşərat sancmalarında ilkin tibbi yardım da müxtəlifdir:   Arı sancması: əgər sizi arı sancıbsa, arının iynəsini steril bir iynə ilə çıxartmaq lazımdır. İynə çıxarıldıqdan sonra buz tətbiq edilə bilər.   Əqrəb sancması: zəhərin gücü əqrəbin quyruğundakı boğuq sayı ilə düz mütənasibdir. Zəhər sinir sisteminə və ürəyə təsir edir. Ağız suyu ifrazatı artır. Əzələlər sıxılır. Sidik qaçırma və iflic görülə bilər. Sancılan bölgədə ağrı, yanma və keylik olur. Bu vəziyyətdə yara qətiliklə sorulmaz. Ammonyak tətbiq edilir. Adama spirt verilməməli və yara bağlanmamalıdır.   İlan sancması: yarada diş izi izlənir. Zəhərli ilanlar qısa, quyruqları yumru və başları üçbucaq şəklində olanlardır. Üzərindəki pullar daha kiçik və daha çoxdur. Çox parlaq və canlı rənglərdə olurlar. Dişləmə zamanı qan laxtalanmasında çətinlik olar, həddindən artıq qan itkisi olar. Yanma hissi və ağrı var. Şişlik və bənövşəyilik müşahidə oluna bilər. Zəhər sinir sisteminə və ürəyə təsir edir. Qusma, mürgüləmə və ürək bulanma mümkündür. Dişlənilən bölgənin üstü bir parça ilə bağlanılmalıdır.   Həşərat sancmaları zamanı ilkin tibbi yardım zərərçəkəndə baş verən reaksiyalara uyğun olaraq aparılmalıdır. Lokal reaksiya - həşəratın sancdığı yerdə kiçik bir şişlik varsa, buzla kompres etmək, sabunlu su ilə yumaq  kifayətdir.   Ümumi reaksiya - əgər sancılan bölgənin ətrafında daha geniş bir reaksiya meydana gəlsə (məsələn, bütün qolun və ya qıçın şişməsi kimi) ya da qaşıntı görülsə, yenə normal reaksiyadaki müalicə tətbiq oluna bilər. Ağızdan qəbul edilən bəzi dərmanlar da şikayətləri qaldıra bilər. Ancaq bu dərmanları həkimin verməsi lazımdır.   Toksik reaksiya - sancılan bölgədən şişmə, qarın ağrısı, halsızlıq, nəfəs alma çətinliyi, sinədə sıxışma hissi, xırıltılı tənəffüs, dildə şişmə bir neçə dəqiqə içində ortaya çıxan ciddi allergik reaksiyadır. Şüur bulanıqlığı və ürək dayanması həyatı təhdid edir. Bu vəziyyətdə bir sağlamlıq mərkəzində təcili müayinə aparılmalıdır. Müalicə sonrasında isə qan analizi və uyğun testlərlə allergiya təsdiqlənməlidir. Riskli şəxslər peyvənd olunmalıdır. Arı sancmasına qarşı həddindən artıq həssaslığı olan kəslərin yanında mütləq həkimin verdiyi dərmanlar olmalıdır.   Tibb elmləri doktoru, professor Adil Qeybulla təcili həkimə müraciət etmək lazım olduğunu dedi: "İnsanı sancan həşəratın adı dəqiq bilinməlidir. Bəzən evə əqrəblər, ilanlar belə daxil ola bilir. Bütün balaca həşəratları insanlar qurd adlandırır. Bu cür sancmalar zamanı zərərçəkəni yaxınlıqdakı həkim məntəqələrinə çatdırmaq lazımdır. Xəstə panikaya düşməməli, çox hərəkət etməməlidir ki, zəhər bədənə tam yayılmasın, qan dövranı stimullaşmasın. Bir də sancan yerdən yuxarı qoyulmalıdır ki, qan cərəyanı ilə zəhər mümkün qədər ətrafa yayılmasın. Bundan sonra həkim yardımı çağırmaq lazımdır".